bir neçə kitab daha.
Bu kitab Dünya azadlıq müharibəsinin parlaq səhifələrindən birini yazmış, adı dillər əzbəri, müqəddəs din xadimi, əfsanəvi qəhrəman Şeyx Şamilin həyat və mübarizə tarixinə həsr edilmişdi. 30 il ərzində böyük Şamilin şəxsi katibi olmuş Məhəmməd Tahirin bu xatirələri tarixi sənəd kimi misilsizdir. Burada biz Şeyx Şamilin qəhrəmanlıq mübarizəsinin bütün mənzərəsi ilə tanış olur, onun parlaq qələbələrinə sevinir, uğursuzluqlarına kədərlənirik. Görkəmli ingilis yazıçısı Corc Ourellin yaradıcıllığı Dünya miqyasında məhşurdur. Xüsusilə onun "1984" romanı və "Heyvanıstan" povesti ötən yüzillikdə spzün, ədəbiyyatın totalitar təfəkkürə və despotik idarəçilik üsullarına qarşı mübarizəsinin ən diqqətəlayiq nümunələrindən sayılır. Hər iki əsər yarandığı vaxtdan ədəbi və siyasi fikrin diqqət mərkəzində olmuş, müxtəlif dillərə çevrilmiş və ciddi polemika doğurmuşlar. Oruell nəsrinin mühüm, diqqətəlayiq nümunəsi sayılan "1984" romanı Azərbaycan dilində ilk dəfə,...