Сообщения

Сообщения за май, 2016

Aymaralar

Aymaralar - Cənubi Amerikada hindi xalqı. Əsasən Titikaka gölünün ətrafında və Puno departamentinin cənub hissəsində(Peru), La-Pas və Oruro departamentlərində (Boliviya) yaşayırlar. 1,9 mln. nəfərdir (1972). Aymara dilində danışırlar.İspaniya işğalından sonra(16 əsr) ağır zülm və ayrı-seçkiliyə baxmayaraq, Aymaralar dillərini və müəyyən dərəcədə mədəniyyətlərini saxlamışlar. Əsasən, əkinçilik, heyvandarlıq və bağçılıqıa məşğul olurlar. Boliviyada isə qalay mədənlərində də işləyirlər. Dindarları katolikdir. Lakin  xristianlıqdan əvvəlki dini etiqadların qalıqları da mühüm yer tutur.1967-ci ildə And dağlarında dəniz səviyyəsindən 4000 m hündürlükdəki gölün dibində min il əvvəl salındındığı ehtimal edilən qədim Aymara şəhərinin xarabalıqları aşkar edilmişdir.

Azoboyalar

Azoboyalar - molekulunda aromatik radikallara birləşmiş bir və ya bir neçə azoqrup (-N=N-) olan üzvi boya maddələri. Azoqrupların sayına görə Azoboyalar dörd cür olur: monoazo-, diazo-, triazo- və poliazo- boyalar. Bunlar azobirləşmələrdən molekullarında auksoxrom qruplarında (-OH,-NH2 -SO3H və s.) olması ilə fərqlənir. Azoboyalar aromatik diazobirləşmələrlə fenollar, aromatik amillər və ya onların törəmələri arasında keçən reaksiyalar arasında sintez edilir.Diazolaşdırılan aminin və aromatik birləşmənin xarakterindən, eləcə də molekulun tərkibindəki azoqrupların sayından asılı olaraq Azoboyalar müxtəlix rənglərdə alınır.

Aerenxima

Aerenxima -hava ilə dolu, geniş hüceyrəarası boşluğu olan bitki toxuması.Su bitkilərində  olur. Adrenokortikotrop bitkinin xüsusi çəkisini azaldaraq, onu suyun dibinə çatmağa qoymur, həmçinin  bitki üçün zəruri olan oksigen və karbon qazı ehtiyatı toplayır.

Adrenalin.

Adrenalin -(lat.ad-yanında, üzərində+renalis-böyrək)-böyrəküstüvəzlərin "beyin" qatının hormonu Pirokatexinin törəməsi. Ağ kristaldır. Dərman kimi işlədilər Adrenokortikotrop heyvanın böyrəküstüvəz toxumasından və ya sintetik yolla alınır. Adrenokortikotrop qan damarlarını daraldır, qan təzyiqini yüksəldir, mərkəzi sinir sistemini bir qədər oyadır, bronxları genəldir, karbohidrat mübadiləsini nizama salır. Ürək fəaliyyəti zəiflədikdə,qan təzyiqi düşdükdə, yerli keyitmədə Adrenokortikotrop-in hidrogen-xlorid duzu dəri altına vurulur.Hipertoniya xəstələrində,aterozklerozada Adrenokortikotrop vurmaq olmaz.