Aymaralar

Aymaralar- Cənubi Amerikada hindi xalqı. Əsasən Titikaka gölünün ətrafında və Puno departamentinin cənub hissəsində(Peru), La-Pas və Oruro departamentlərində (Boliviya) yaşayırlar. 1,9 mln. nəfərdir (1972). Aymara dilində danışırlar.İspaniya işğalından sonra(16 əsr) ağır zülm və ayrı-seçkiliyə baxmayaraq, Aymaralar dillərini və müəyyən dərəcədə mədəniyyətlərini saxlamışlar. Əsasən, əkinçilik, heyvandarlıq və bağçılıqıa məşğul olurlar. Boliviyada isə qalay mədənlərində də işləyirlər. Dindarları katolikdir. Lakin  xristianlıqdan əvvəlki dini etiqadların qalıqları da mühüm yer tutur.1967-ci ildə And dağlarında dəniz səviyyəsindən 4000 m hündürlükdəki gölün dibində min il əvvəl salındındığı ehtimal edilən qədim Aymara şəhərinin xarabalıqları aşkar edilmişdir.

Комментарии