Сообщения

Сообщения за 2015

What I see happiness?/ Was ich sehe, das größte Glück?

Mən xoşbəxtliyi nədə görürəm? ----- Eynşteynin nisbilik nəzəriyyəsinə əsasən xoşbəxtlik adlı məfhum özü də bir nisbi anlayışdır. Nisbi deyərkən, yəni biz xoşbəxtlik məfhumunun anibir zaman içərisində cərəyan edə biləcəyini və həqiqətən dəcərəyan etdiyini nəzərdə tuturuq.Uzun ömürlü xoşbəxtlik anlayışı yalnız dilimizdəki sözlərimizdə vardır. Lakin heç bir canlı və yaxud cansız məfhumların həyatlarında uzun ömürlü xoşbəxtlik deyə bir şey yoxdur. Bu sadəcə müəyyən sevindirici cümlələr toplusudur. Məsələn, hər hansısa bir insanın, tutaq ki, dostunuzun ad günüdürvə yaxud yaxınlarınızın toy mərasimidir, bəli, biz həmin bu kimi şad mərasimlərimizdə "Sizə həmişə xoşbəxt olmağı arzu edirik" tipli gözəl, sevindirici cümlələr deyirik.Lakin əslinə baxanda, yəni biz həmin bu məsələyə fikir versək həqiqətən görərik ki, xoşbəxtlik həyatımızda sadəcə olaraq nisbi bir anlayış daşıyan yer tutur. Məncə bütün canlı və cansız varlıqlar "sonsuz xoşbəxtlik" məfhumuna layiqdirlər. Çünki, ...

Friendship.../ Freundschaft...

Изображение
Dostluq---dar günün dostu var deyirlər, məncə isə müsbət sonsuzluğun dostları və yaxud isə dostu vardır...Dünyada kimi qəbul etməsəniz belə, kimin tərzini pisləsəniz belə, kimi sevməsəniz belə, kimi acılasanız belə, lakin dostlarınıza qarşı bunu edə bilmirsiz.Çünki sizin ruhunuz özü imkan vermir bunu etməyə..Sizin sevginiz və dostunuza qarşı olan dostluq hissiniz sizin eqo və digər mənfi hisslərinizi ört-bastır etməyə qadir olar...Çalışın bütün Dünya ilə dost olun... Siz oları sevin, olar da sizi sevecək...Sevgi hissi hər tərəfinizi saracaq...Və əsl xoşbəxt hisslərdir..İnanın mənə.. :) (Sizi Sevirəm, Hamınızı)

Earth..../ Erde....

Изображение
Dünya--- o bizim üçün var...Bizə nəfəs ala bilməyimiz üçün oksigen, üzərində yeriyə bilməyimiz üçün torpaq qatı, həmişə qaranlıqda qalmamaq və öz gözəl şüalarını üzərimizə saçmaq üçün günəşi var...Bizi həyat, yaşam vermək üçün var dünya...Bütün bitkiləri, Planetləri, bütün gülüşləri, sevincləri hər bir hiss, hər bir məhvum bizə görə var...Dünya sevilmək üçün var...Dünya vətəndir, dünya gözəllikdir, Dünya sevinlərdən yaranmış Planetdir....Sadəcə olaraq düzgün baxış bucağı altında baxmaq lazımdır..Gecələr ən azından bir dəfə də olsa başınızı ulduzlu səmaya sarı qaldırıb baxmısınız...Bu zaman içinizdən keçən hisləri ifadə etməyə sözlər kifayət etmir...Bunu bilirəm...Çünki hamımızda olur bu..Ən azından həmin o bir neçə saniyədə Dünyanın necə də mükənməl bir yer olduğunu anlayırıq...Lakin ifadə edə bilmirik....Sevin Yeri, Dünyanı.Heç kəsə və heç nəyə fikir vermədən sevin və qoruyun...O bizə və biz də ona lazımıq çünki... :) (Sizi Sevirəm)

Pain/ Schmerz

Изображение
Ağrı---mənim fikrimcə canlılara verilmiş ən böyük cəza növüdür ağrı...Yarımcanlı olursan, hələ əlindən heç bir şey gəlmirsə ağrını azaldacaq və yaxud kəsə biləcək bu lap betər...Ruhən olan ağrıları nəzərdə tutmuram...Həqiqətən, canlıların müxtəlif orqanlarının ağrımasını nəzərdə tuturam...Çox öz-özümə deyirəm ki, kaş elə böyük bir gücə malik olardım ki, bütün canlıların ağrılarını tamamən kəsə bilərdim yaxud da ki, bütün ağrıları özümə götürə bilərdim..Buna razıyam, həqiqətən də...Razı ola bilərəm ki, bütün canlıların ağrıları mənim bədənimdə cəmləşsin...Lakin əgər bilsəm ki, heç olmasa onlar bir gün də belə olsa sağlam, ağrısız, gümrah,xoşbəxt gəzə biləcəklər...(Davam.. ..)

Books in life.../ Bücher im Leben ...

Изображение
Kitablar--- həyatımda çox mühüm yer tutan məvhumlar.Hər vərəqlədiqcə icərisində daha yeni bir macəra, daha yeni bir bilgi, daha yeni bir insan, daha yeni bir dünya kəşf edirsən. Yüzlərlə kino-film, insan danışıqları, dost-tanış söhbətləri, müəllimlərin saatlarla danışmaları və s. kimi başqa şeylər kitabları əvəz edə bilməz(təbii ki, mənə görə). Fəlsəfi kitabları macəra(fantaziya) kitablarından üstün tuturam, mənə görə olar daha maraqlıdır...Çünki fantaziyadan bəhz olunan hər-hansı bir kitabı oxuyarkən oxuyursan və düşünməyinə o qədər də ehtiyac yoxdu, bütün hadisələr özü ardıcıllıqla sənin şüuraltında öz qaydasında düzülür...Lakin fəlsəfə, bu dərin bir yerdir...Düşünmək, analiz etmək, bir daha yenidən düşünmək lazım gəlir...Bir də dedektiv əsərlər vardır...Onları da sevirəm...Qarışıqlıq olur, bir növ məchulluq....Filan qətl hadisəsi olub, lakin qatil bilinmir, məchuldur...Sən hər səhifəni vərəqlədikcə maraqla olacaq hadisələrin gedişatını izləməyə başlayırsan və hadisələr özləri sə...
Salam...İlk Blog"umdu.Həyəcan falan gibi şeylər yoxdu...Sadəcə olaraq qısa və yaxud uzun məzmunlu məqalələr yazacam və rast gələnlər və həvəsi olan insanlar oxuyacaq... Gəlin ilk mövzumuzu öz üzərimizdə qoyaq, İnsanlar...  İnsanlar haqqında bəsit halda düşünəndə belə gəzən, yeyən, düşünən, yatan, danışan, dostluq edən, sevə bilən, nifrət edə bilən, ayaq yoluna gedə bilən, musiqi dinləyə bilən, yaza bilən, oxuya bilən, şəkil çəkə bilən, ağlaya bilən, yemək bişirə bilən, xəstələnə bilən, hirslənə bilən, ağlaya bilən, qucaqlaşa bilən, ağrı hiss etməyi bacaran, sevinən, kədərlənən və s. minlərlə xüsusiyyətləri özlərində birləşdirən mükənməl varlıqlar olduqlarını anlamağa başlayacaqsınız...Heç kəsi insanları sevməyə məcbur etmirəm...Lakin özüm insanları çox sevirəm...Kimliyindən, necəliyindəndən asılı olmayaraq sevirəm...Qarşılıqsız sevirəm...Bir də bunu bildirmək istəyirəm ki, blog"u açmaqda hansısa xüsusi məqsədim yoxdu.. :) Elə-belə fikirlərimi bölüşmək...Çünki insan get-gedə h...