Books in life.../ Bücher im Leben ...


Kitablar---həyatımda çox mühüm yer tutan məvhumlar.Hər vərəqlədiqcə icərisində daha yeni bir macəra, daha yeni bir bilgi, daha yeni bir insan, daha yeni bir dünya kəşf edirsən. Yüzlərlə kino-film, insan danışıqları, dost-tanış söhbətləri, müəllimlərin saatlarla danışmaları və s. kimi başqa şeylər kitabları əvəz edə bilməz(təbii ki, mənə görə). Fəlsəfi kitabları macəra(fantaziya) kitablarından üstün tuturam, mənə görə olar daha maraqlıdır...Çünki fantaziyadan bəhz olunan hər-hansı bir kitabı oxuyarkən oxuyursan və düşünməyinə o qədər də ehtiyac yoxdu, bütün hadisələr özü ardıcıllıqla sənin şüuraltında öz qaydasında düzülür...Lakin fəlsəfə, bu dərin bir yerdir...Düşünmək, analiz etmək, bir daha yenidən düşünmək lazım gəlir...Bir də dedektiv əsərlər vardır...Onları da sevirəm...Qarışıqlıq olur, bir növ məchulluq....Filan qətl hadisəsi olub, lakin qatil bilinmir, məchuldur...Sən hər səhifəni vərəqlədikcə maraqla olacaq hadisələrin gedişatını izləməyə başlayırsan və hadisələr özləri səni axara salır, bir də yuxudan ayılırmışsan kimi olursan ki, kitab artıq bitib...)) Bəzi kitablar var, heç bitməsini istəmir insan...Sırf buna görə 2-3 gün son 6-7 səhifəsini oxumadığım kitablar olub..))Sadəcə olaraq insanda bir bağlılıq hissi yaranır əlindəki kitaba qarşı.İnsana elə gəlir ki, bu kitabdan sonra başqa maraqlı kitab oxumayacaq daha....Bax o zaman olur əsl həyəcan, əsl bağlılıq hissi...Keşke bütün insanlar kitab oxusalar, ən azından bir dəfə cəhd etsələr...Bir mənasız söhbətin yerinə bir kitab oxusalar.....Əgər yazılarımı oxuyan varsa oxuduqdan sonra bir kitab alın və oxuyun...Peşman olmazsız...Yalan heç nə yazmıram.. :) Sizi Sevirəm..Həqiqətən sevirəm.. Üzr istəyirəm hamınızı tanıya bilmirəm tək-tək...Lakin hamınızı sevirəm.... :) Yaxşı ki, varsız... :) 

Комментарии

Популярные сообщения из этого блога

Aymaralar

What I see happiness?/ Was ich sehe, das größte Glück?