What I see happiness?/ Was ich sehe, das größte Glück?
Mən xoşbəxtliyi nədə görürəm?
----- Eynşteynin nisbilik nəzəriyyəsinə əsasən xoşbəxtlik adlı məfhum özü də bir nisbi anlayışdır. Nisbi deyərkən, yəni biz xoşbəxtlik məfhumunun anibir zaman içərisində cərəyan edə biləcəyini və həqiqətən dəcərəyan etdiyini nəzərdə tuturuq.Uzun ömürlü xoşbəxtlik anlayışı yalnız dilimizdəki sözlərimizdə vardır. Lakin heç bir canlı və yaxud cansız məfhumların həyatlarında uzun ömürlü xoşbəxtlik deyə bir şey yoxdur. Bu sadəcə müəyyən sevindirici cümlələr toplusudur. Məsələn, hər hansısa bir insanın, tutaq ki, dostunuzun ad günüdürvə yaxud yaxınlarınızın toy mərasimidir, bəli, biz həmin bu kimi şad mərasimlərimizdə "Sizə həmişə xoşbəxt olmağı arzu edirik" tipli gözəl, sevindirici cümlələr deyirik.Lakin əslinə baxanda, yəni biz həmin bu məsələyə fikir versək həqiqətən görərik ki, xoşbəxtlik həyatımızda sadəcə olaraq nisbi bir anlayış daşıyan yer tutur. Məncə bütün canlı və cansız varlıqlar "sonsuz xoşbəxtlik" məfhumuna layiqdirlər. Çünki, ən çoxundan bir insan olaraq sadəcə həmin o xoşbəxtlik hissinin insana necə stimul verdiyini, insanda necə bir ruh yüksəkliyi yaratdığını, insanın özünə həqiqətən də Yerin ən ali varlığı olduğunu hissini sübut etdiyini çox yaxşı bilirəm.Əslində bunu, yəni az öncə sadaladığım hissləri hər kəs bilir, lakin çox insanlar xoşbəxtlik hissini də digər hisslər kimi adi hisslərin sırasına qoyur. Mənim fikrimcə isə məhz xoşbəxtlik hissi digər hisslərdən ən azından bir neçə pillə yüksəkdə olmalıdır. Fikrimi əsaslandıra da bilərəm, yəni məncə tutarlı bir səbəbim var. Çünki, xoşbəxtlik hissi həyatımızda ani rol oynasa da belə, yəni həyatımızdaki xoşbəxtlik anlayışı uzun ömürlü olmasa sa belə, lakin həmin o az da olsa xoşbəxtlik bizə həmişə lazımdır. Yəni bizim həyatımızda bir dostumuz olmasa da belə olar, əgər əlimizdə bir xoşbəxtliyimiz varsa. Bizə qayğı, sevgi kimi hissləri göstərənlər olmasa da olar, əgər bizim xoşbəxtliyimiz varsa. Çünki, xoşbəxtlik məfhumu sevgi, qayğı, dostluq və bu kimi başqa gözəl hisslərin toplanmış və bir söz altında birləşmiş formasıdır. Yəni bu daha çox hansısa fizika düsturuna bənzəyir ki, onun müəyyən açılışı olur. Eləcə də xoşbəxtliyin də açılışı bizə digər gözəl hissləri verir. Məncə xoşbəxtlik məfhumunun canlılar və cansızlar üçün nə qədər önəmli olduğunu az da olsa izah edə bildim.
Hər dəfə mənə verilən "necəsən?" sualına "normal" və yaxud da "belə də" cavabını vermək mənim də xoşuma gəlmir. Lakin bu sözlər həqiqətən də xoşbəxt olmadığım və həqiqi xoşbəxt dünyada yaşamadığım mənasını daşıyır. Mən saxta gülüşlərdən və "yaxınlarım və sevdiklərim yanımdadır, sağdır deyə mən də xoşbəxtəm" deyə üzdə xoşbəxt olan insanlardan uzaq görürəm əsl xoşbəxtliyi. Mənim xoşbəxtliyim sadəcə bir Ümumdünya Sülhündədir. Azərbaycanlı, erməni, fars, rus, ingilis, fransız, alman, yəhudi, xristian, musəlman, ağ dərili, qara dərili, albinos deyə ayırmadan, irqçilik, milliyətçilik, yerlipərəstlik, dinpərəstlik etmədən, içlərində heç bir mənfi yükü daşımayan insanlarla dolu bir dünyadır xoşbəxt dünya. Bax, o zaman mən həqiqətən də həqiqi xoşbəxtliyimə və həqiqi xoşbəxt dünyama qovuşmuş olaram. Əgər mənim bilmədiyim bir yerdə bir insan öldürülürsə və yaxud hansısa bir uşaq acından yaxud xəstəlikdən ölürsə mən axı hansı vicdanımla yaxınlarımın sağ olmas ilə şükür edə bilərəm ki?! Həmin öldürülən və yaxud ölən hər bir canlıya həyatınz boyunca neçə dəfə ürəkdən üzüldünüz?! Neçə gecə həmin 7 milyarddan çox insan içərisində əziyyət çəkənlər ağlınıza gəldi və siz yata bilmədiniz?! Mən hələ də anlamıram insanlar niyə saxta xoşbəxt dünyadan bəhs edirlər. Bütün həmin o ani xoşbəxtlik hissini də dağıldır bu hadisələr. Yalnız və yalnız əsl təmiz vicdanla, həqiqətən də sidq ürəkdən gələn Ümumdünya Sülhü dünyanı xoşbəxt edə bilər. Bizim ani xoşbəxtliyimizi sonsuz xoşbəxtliyə çevirə bilər. Fikirlərimlə razılaşmaya bilərsiniz ilk baxışdan, lakin məncə bir deyil də, bir neçə dəfə düşünmək lazımdır...(Sizi Sevirəm)

Комментарии
Отправить комментарий