Azoboyalar
Azoboyalar- molekulunda aromatik radikallara birləşmiş bir və ya bir neçə azoqrup (-N=N-) olan üzvi boya maddələri. Azoqrupların sayına görə Azoboyalar dörd cür olur: monoazo-, diazo-, triazo- və poliazo- boyalar. Bunlar azobirləşmələrdən molekullarında auksoxrom qruplarında (-OH,-NH2 -SO3H və s.) olması ilə fərqlənir. Azoboyalar aromatik diazobirləşmələrlə fenollar, aromatik amillər və ya onların törəmələri arasında keçən reaksiyalar arasında sintez edilir.Diazolaşdırılan aminin və aromatik birləşmənin xarakterindən, eləcə də molekulun tərkibindəki azoqrupların sayından asılı olaraq Azoboyalar müxtəlix rənglərdə alınır.
Комментарии
Отправить комментарий