bir neçə kitab daha.

Bu kitab Dünya azadlıq müharibəsinin parlaq səhifələrindən birini yazmış, adı dillər əzbəri, müqəddəs din xadimi, əfsanəvi qəhrəman Şeyx Şamilin həyat və mübarizə tarixinə həsr edilmişdi. 30 il ərzində böyük Şamilin şəxsi katibi olmuş Məhəmməd Tahirin bu xatirələri tarixi sənəd kimi misilsizdir. Burada biz Şeyx Şamilin qəhrəmanlıq mübarizəsinin bütün mənzərəsi ilə tanış olur, onun parlaq qələbələrinə sevinir, uğursuzluqlarına kədərlənirik. 

Görkəmli ingilis yazıçısı Corc Ourellin yaradıcıllığı Dünya miqyasında məhşurdur. Xüsusilə onun "1984" romanı və "Heyvanıstan" povesti ötən yüzillikdə spzün, ədəbiyyatın totalitar təfəkkürə və despotik idarəçilik üsullarına qarşı mübarizəsinin ən diqqətəlayiq nümunələrindən sayılır. Hər iki əsər yarandığı vaxtdan ədəbi və siyasi fikrin diqqət mərkəzində olmuş, müxtəlif dillərə çevrilmiş və ciddi polemika doğurmuşlar. Oruell nəsrinin mühüm, diqqətəlayiq nümunəsi sayılan "1984" romanı Azərbaycan dilində ilk dəfə, həm də orijinaldan tərcümədə çap olunur. 

Böyük Partlayış Nəzəriyyəsi doğrudurmu? Big Bang nəzəriyyəsi fəlsəfi cərəyan və dinlər baxımından hansı nəticələrə gətirib çıxarır? Tanrı varmı? Tanrının varlığı elmi və məntiqi izahlarla sübut edilə bilərmi? Kainat, elmi qanunlar, təbiət hadisələri, canlılar və biz təsadüf nəticəsindəmi yarandıq, yoxsa şüurlu bir yaradılışınmı məhsuluyuq? Bu suallara verəcəyimiz cavabların nəyə inanmaq lazın olduğu, həyatın bir mənasının olub-olmadığı mövzusunda əhəmiyyətli təsirləri olacaqdır. İnandığımız bilgilər və həyatın mənası mövzusundakı yanaşmamız isə həyatımızın əxlaq kimi praktik sahələrində qərarverici rola sahib olacaqdır.

Sabah uykusu kadar sevebileceği biri lazım insana. Sen gibi, senin gibi, biraz da sana benzeyen.

"Siçanlar və adamlar" povestindəki obrazlar- bir parça torpaq həsrəti ilə yaşayan, bu həsrətlə də ömrünü başa vuran kəslər, yazıçının çox yaxından tanıdığı, dərdlərinə şərik olduğu insanlardır. Sonradan, dünyada böyük şöhrət qazanmasına baxmayaraq, elə bil Con Steynbek bu povestdə heç vaxt ondan ayrı düşməyən öz duyğularını, onun həyatının unudulmaz bir parçası saydığı həmin günləri yazırdı.

Комментарии

Популярные сообщения из этого блога

Aymaralar

What I see happiness?/ Was ich sehe, das größte Glück?