Read, read and read.../ Lesen, lesen und lesen ...

Hallo. Bu məqaləmdə sizlərə oxuduğum bir neçə kitabdan bəhs etmək istəyirəm. Bəlkə məzmun olaraq xoşunuza gələr və siz də alib, oxumaqisəyərsiniz deyə. Ümumi olaraq kitab oxumaq ən yaxşı məşğuliyyətlərimdən biridi və mən bunu həqiqətən çox sevirəm. Məncə hamı ən azından iki ay içərisində 1-2 kitab oxumalıdır.Bu həm sizin söz ehtiyyatınızı, həm Dünya görüşünüzü, həm savadınızı ve həm də cəmiyyət arasında sizə öz yerinizi tutmağınızda kömək olacaqdır. Başlayım, bir neçə kitab adları çəkim və onları tehlil edək. Və siz də bu barədə fikirlərinizi və yaxud məsləhət gördüyünüz kitabların adlarını ve qisa məzmunlarını şərh(comment) olaraq bildirə bilərsiz, çox sevinərəm. :) Mən əvvəlcə Çak Palanik-Döyüşçü Klubu(Chuck Palahniuk-Fight Club) əsərindən danışmaq istəyirəm.. Bu əsər həqiqətən çoxmükənməl yazılmışdır mənə görə. Bir çox insan əsərin çox qarışıq olduğunu deyir ve bir çoxları da kitabı yarımçıq qoyub,oxumamağı üstün tuturlar, lakin mənim fikrimcə əsər həqiqətən çıx möhtəşəmdi. Fight Club əsərini 5 ya da 6 dəfə oxumuşam. Hər dəfə oxuyarkən insana eyni həyəcanı yenidən yaşatmağı bacaran bir əsərdir. Kitabını oxuyub anlamayanlar, ya da çox qarışıq olduğunu düşünənlər isə əsər əsasında çəkilmiş, eyni adlı filmini izləyə bilərlər. Eyni zamanda film də çəx gözəl alınıb. Aktyor və aktrisa seçimləri, filmin soundtrack"ləri və s. filmə xüsusi maraq qatır. Mən kitabını oxuyarkən həmin personajları eynən filmdəki tərzdə beynimdə canlandırırdım.. Düzdü, əsər daha genişdir, hər zaman olduğu kimi, lakin ikisini də eyni dərəcədə sevirəm. "Marla" obrazını oxuyarkən, məhz Helena Bonham Carter"in filmdə yaratdığı tərzdə dağınıq saçlı, vecsiz biri gəlirdi ağlıma, ya da Tyler Durden"i oxuyarkən,filmdə Vrat Pitt"in canlandırdığı tip bir obraz, ya da Edward Norton"un.. Film və əsər mukənməldi və əsəri oxumayanlara oxumağı, filmini izləməyənlərə isə filminə baxmağı məsləhət görürəm.. Digər bir kitav, daha doğrusu yazıçı barədə yazmaq istəyirəm, bu Fridrix Nitsşe"dir. Mən bir Nitsşe fəlsəfəsi vurğunuyam. Onun yazılış tərzi, fəlsəfəyə onun ağlından baxmaq çox xoşuma gəlir. Götürək "Antixrist"i, onu dəfələrcə oxumuşam və yenə də oxuyacağıma əminəm.. Onun fəlsəfəsu\i mənə xüsusi rahatlıq verir. Osho və s. filosofları da oxuyuram, lakin mənə ən yaxın olan Nitsşe"dir. Mənə fəlsəfə məhz onun prizmasından baxarkən, daha rahat və məxsusi gəlir..Mən onun ən yaxşı fəlsəfə yazarı olduğunu demirəm, ondan daha yaxşıları da ola bilər, lakin mənim baxış tərzimə çox uyğun gəlir.. Bu arada fikirlərinizi mənimlə bölüşməyinizi istəyirəm.. :)(Sizi Sevirəm)


Комментарии

Популярные сообщения из этого блога

Aymaralar

What I see happiness?/ Was ich sehe, das größte Glück?