Популярные сообщения из этого блога
Aymaralar
Aymaralar - Cənubi Amerikada hindi xalqı. Əsasən Titikaka gölünün ətrafında və Puno departamentinin cənub hissəsində(Peru), La-Pas və Oruro departamentlərində (Boliviya) yaşayırlar. 1,9 mln. nəfərdir (1972). Aymara dilində danışırlar.İspaniya işğalından sonra(16 əsr) ağır zülm və ayrı-seçkiliyə baxmayaraq, Aymaralar dillərini və müəyyən dərəcədə mədəniyyətlərini saxlamışlar. Əsasən, əkinçilik, heyvandarlıq və bağçılıqıa məşğul olurlar. Boliviyada isə qalay mədənlərində də işləyirlər. Dindarları katolikdir. Lakin xristianlıqdan əvvəlki dini etiqadların qalıqları da mühüm yer tutur.1967-ci ildə And dağlarında dəniz səviyyəsindən 4000 m hündürlükdəki gölün dibində min il əvvəl salındındığı ehtimal edilən qədim Aymara şəhərinin xarabalıqları aşkar edilmişdir.
What I see happiness?/ Was ich sehe, das größte Glück?
Mən xoşbəxtliyi nədə görürəm? ----- Eynşteynin nisbilik nəzəriyyəsinə əsasən xoşbəxtlik adlı məfhum özü də bir nisbi anlayışdır. Nisbi deyərkən, yəni biz xoşbəxtlik məfhumunun anibir zaman içərisində cərəyan edə biləcəyini və həqiqətən dəcərəyan etdiyini nəzərdə tuturuq.Uzun ömürlü xoşbəxtlik anlayışı yalnız dilimizdəki sözlərimizdə vardır. Lakin heç bir canlı və yaxud cansız məfhumların həyatlarında uzun ömürlü xoşbəxtlik deyə bir şey yoxdur. Bu sadəcə müəyyən sevindirici cümlələr toplusudur. Məsələn, hər hansısa bir insanın, tutaq ki, dostunuzun ad günüdürvə yaxud yaxınlarınızın toy mərasimidir, bəli, biz həmin bu kimi şad mərasimlərimizdə "Sizə həmişə xoşbəxt olmağı arzu edirik" tipli gözəl, sevindirici cümlələr deyirik.Lakin əslinə baxanda, yəni biz həmin bu məsələyə fikir versək həqiqətən görərik ki, xoşbəxtlik həyatımızda sadəcə olaraq nisbi bir anlayış daşıyan yer tutur. Məncə bütün canlı və cansız varlıqlar "sonsuz xoşbəxtlik" məfhumuna layiqdirlər. Çünki, ...














Комментарии
Отправить комментарий