Yəni.

Yorğunsan?! Fərqindəyəm. Gözlərinin rənginin qarışdığının fərqindəyəm artıq. Fərqindəyəm yorğunluğunun sözlərindən və barmaqlarından. Fərqindəyəm, özünü ifadəndən yorğun olduğunun. Sonuncu dəfə nə vaxt rahat düşünmüsən hansısa fikri?! Sonuncu dəfə nə vaxt rahat dinləmisən hansısa mahnını, ya da hansı kitabı rahat oxuyub, bitirmisən sonuncu dəfə?! Bilirəm, yadında deyil. Bilirəm, fərqində deyilsən yox oluşunun. Yad deyil, yad olmayacaq, çünki ən yaxın hiss etdiyin bu "hissdi" məhz. Mənzərələrin hamısı bulantıdan ibarətdi sadəcə. Gözlərini bağlamağın daha dəqiqləşdirir bütün görüntüləri əslində. Çünki baxışların da yorğundu sənlə birgə. Araya məsəfa yerləşdirən hər məfhuma qarşı nifrətini əzbərə bilirəm. Qapılara nifrət edişinə, şeirləri, hissləri, düşüncələri ifadənə sərhəd qoyan hər şeyə qarşı olan nifrətinə bələd olan tək insan mənəm çünki. İfadənə sərhəd qoyan, hələ yaradılmamış sözlərə olan nifrətini bilirəm mən. Əbədi yuxu istəyirsən, amma ölmədən, o qədər yorğunsan yəni. Rəf arxalarına ilişmiş, torlu kitablar, jurnallar kimisən sən indi. Boş ver əşşi. Sən mən, mən də sən oluşunun fərqində olum, həmişə. Bəsdi bu.

Комментарии

Популярные сообщения из этого блога

Aymaralar

What I see happiness?/ Was ich sehe, das größte Glück?