Qəbul et, Yalnızsan.
Əgər
hər gün bir şeir dünyaya gəlirsə bu çürümüş ağlımdan,
Əgər yaradılışın fərqinə vara bilirəmsə bu "solğun" hisslərimlə,
Əgər yaşam hər gün üzümü al qırmızı rənglə boyamağı özünə borc bilirsə,
Və yenə də hər günkü kimi gözlərim dəmlənən çaydanımda, amma ağlım yenə "başqa" diyarlardadırsa,
Həyatımın "ön söz"ü sadəcə "Qəbul et, Yalnızsan"dır.
Bir gün aylar keçsə də kəsilən saçların uzanmırsa,
Varlığınla yoxluğunu heç cür ayırd edə bilmirsənsə,
Yollar deyil, özgə ruhlar, yad hisslər məsafə qoyursa "doğmalarla" arana,
İnkar etmə, "Qəbul et, Yalnızsan".
Yeməyini isitməyə ehtiyac duymadığın gün,
Çarpayını yığmaq lazım gəlmədiyində
Göz yaşlarından utanmadığın gün,
Yenə də "Qəbul et, Yalnızsan".
Bədəninə sığalı özün çəkdiyin,
Kitabları, öz yazıları özünə "özün" oxuduğun,
Boşluqların şərəfinə şeirlər yazdığın
"Var" olmayanları vəsf etdiyin gün, "Qəbul et, Yalnızsan".

o qədər.
Комментарии
Отправить комментарий